UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları başlayıb.
Bizim.Media xəbər verir ki, "Qarabağ" Çexiyanın "Viktoriya" Plzen komandasını qəbul edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb. Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edir.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq.
Bizim.Media