"Çelsi" "İnter"in futbolçusu Çezare Kazadeni transfer etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Çelsi" futbolçu və onun klubu ilə 6 illik müqavilə üçün razılığa gəlib.
London təmsilçisi transferə görə 15 milyon avro + bonus ödəyəcək. 19 yaşlı yarımmüdafiəçinin keçidi qısa zaman ərzində rəsmən açıqlanacaq.
Qeyd edək ki, Çezare 2018-ci ildən "İnter"in futbolçusudur.
Bizim.Media