UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) matçına bilet satışı davam edir.
Bizim.Media xəbər verir ki, ilk gündə 15 min bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.
Xatırladaq ki, bu gün “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşmişdi. Buna səbəb biletin satışını təşkil edən "İticket" saytının çökməsi olmuşdu.
Bizim.Media