Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, daha sonra qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.
MÖVZU İLƏ BAĞLI:
Kütləvi bilet alışına görə “İticket” çökdü - “Qarabağ” komandasından AÇIQLAMA
Xatırladaq ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bizim.Media