Bu gün Konyada hansı idmançılarımız güclərini sınayacaqlar? - ADLAR

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

Bizim.Media xəbər verir ki, avqustun 14-də Azərbaycan təmsilçiləri 11 idman növündə güclərini sınayacaqlar.

Ağırlıqqaldırma yarışlarında Elnurə Abbasova (71 kq), Anastasiya Mum (76 kq) və Kamran İsmayılov (89 kq) körpücük üzərinə çıxacaqlar.

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi finalda Türkiyə yığmasını sınağa çəkəcək.

Həm kişi, həm də qadın voleybolçulardan ibarət milli komandalarımız İran yığmaları ilə yarımfinal mərhələsində mübarizə aparacaqlar.

Kişilərdən ibarət 3x3 basketbol üzrə millimiz Qırğızıstan, qadınlardan ibarət seçməmiz isə Türkiyə ilə qarşılaşacaq.

Bədii gimnastlarımız Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova ayrı-ayrı alətlər üzrə final mərhələlərində güclərini sınayacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız isə 3 lent və 2 top, 5 halqa ilə final proqramlarını təqdim edəcəklər. 

Aerobika gimnastlarımız Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlük, həmçinin duet Xoşqədəm Quliyeva ilə birgə trio qrupunun finalında mübarizə aparacaq. 

Stend atıcılığının skit reytinq atışı növündə Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə, Nurlana Cəfərova, Rigina Meftahətdinova və Sevda Nəcəfova yarışacaqlar.

Paralimpiyaçılar arasında keçirilən stolüstü tennis yarışlarında qadınların fərdi mübarizəsində Dinarə Sunceleyeva medallar uğrunda mübarizə aparacaq.

Bu gün “Konya-2021”də qılıncoynatma yarışlarına start veriləcək. İlk olaraq Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiroviç və Səbinə Kərimova mübarizəyə başlayacaqlar.

Kişi və qadın üzgüçülərimiz bu gün müxtəlif məsafələrə üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

Futbol üzrə Azərbaycan millisi yarışın yarımfinal mərhələsi çərçivəsində Türkiyə seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, 9 günün nəticəsinə əsasən, Azərbaycan 13 qızıl, 14 gümüş və 15 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran və Özbəkistandan sonra 4-cü yerdədir.

Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün Oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Antarktidada qarın əriməsinin səbəbi pinqvinlər imiş - MARAQLI

Antarktidada qarın əriməsinin səbəbi pinqvinlər imiş - MARAQLI

End of content

No more pages to load

RADİO