Futbol üzrə Azərbaycan Azərbaycan Premyer Liqasının 3-cü turunda “Turan Tovuz” – “Qarabağ” matçı təxirə salınıb.
Bizim.Media Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, buna səbəb "Qarabağ"ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunudur.
PFL “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasında bu barədə qərar verib.
Bizim.Media