Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.
Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib.
Bugünkü nəticələrdən sonra Oyunlarda Azərbaycan gimnastlarının qazandıqları medalların sayı 3-ə çatıb.
Bizim.Media