Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda özbəkistanlı Cahangirmirzə Turabovla 6:6 hesablı heç-heçə edib.
Lakin xal prinsipinə əsasında rəqibinə məğlub olan İ.Bazarqanov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.
Bizim.Media