Azərbaycan para-oxatanları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medal qazanıblar.
Milli Paralimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Cahan Musayeva və Azadə Abdullayevadan ibarət komanda miks, Cahan Musayev və Əli Nəbeyindən ibarət kollektiv isə komanda növündə 3-cü yeri tutublar.
Qeyd edək ki, İslamiadada Azərbaycanı 8 paralimpiyaçı təmsil edir.
Bizim.Media