Azərbaycan İslamiadada ağırlıqqaldırma növündə ilk medalını qazandı - FOTO 

Azərbaycanın ağırlıqqaldıranı Nazilə İsmayılova Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, Oyunlarda 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 54 kiloqramlıq nəticə göstərib.

Təmsilçimiz təkanla qaldırmada isə 67 kiloqramı başı üzərinə qaldırıb. İki hərəkətin cəmində, 121 kiloqramlıq nəticə göstərən N.İsmayılova bürünc medal qazanıb. 

Yarışın qalibi İndoneziya təmsilçisi Siti Nafisatul Hariroh olub. Türkiyə idmançısı Cansu Bektaş gümüş medal qazanıb. İdmançımızın çıxışını gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva da izləyiblər. 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. 
Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir. 

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu.

Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı. 

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

End of content

No more pages to load

RADİO