İsveçrə Superliqasında 1-ci turun təxirə salınmış oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Lütsern"lə qarşılaşıb.
Matç 1:1 hesabı ilə başa çatıb.
R.Dadaşov start heyətdə meydana çıxıb, 60-cı dəqiqədə əvəzlənib. O, 38-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Bu millimizin üzvünün İsveçrə çempionatında bu mövsüm vurduğu 2-ci qol olub.
Qeyd edək ki, "Qrasshopper" 8 xalla 2-ci pillədə qərarlaşıb.
Bizim.Media