Azərbaycan Şahmat Olimpiadasında niyə medal qazana bilmir? – Çoxillik ənənəni öldürən SƏBƏB

Bitdi. Kişi və qadınlar arasında 44-cü Şahmat Olimpiadası da tarixin yaddaşına köçdü. Uzun illərdi dünyanın ən öndə gedən ölkələri sırasında dayanan kişilərdən ibarət yığmamız bu dəfə də stabillik nümayiş etdirdi: Şəhriyar Məmmədyarovun 1-ci lövhədə yer aldığı komanda bu dəfə də Vətənə əli ətəyindən uzun qayıtdı. Elə qızlarımız da komanda yarışında Hindistanı əliboş tərk etdi. 

Əgər qızlarımızdan ilk üçlüyə düşmək tələb olunmurdusa, kişi şahmatçılarımız bu dəfə də əla şans yaxalamışdı.

Axı, yarışa Rusiya buraxılmamış, Çin isə iştirakdan imtina etmişdi. İki nəhəngin yoxluğunda biz nəinki medala, hətta çempionluq üçün iddialı olmalı idik. Kimsə də Teymur Rəcəbovun millidə çıxış etməkdən imtinasını (bəli-bəli, Rəcəbov məhz imtina edib! Azərbaycan Şahmat Federasiyası yalandan COVİD xəstəliyini bəhanə etməsini xahiş etsə də, əslində Rəcəbov karyerasını bitirmək niyyətindədir) əlində bayraq etməsin! Niyəsini bir qədər sonra biləcəksiniz.

Turnirin startından liderliyə yiyələnən Ermənistan yalnız sonlara yaxın tükəndi. Ancaq buna baxmayaraq, bədnam qonşularımız gümüş medal əldə etdi. Ermənilər turnir ərzində 9 qələbə qazandı, bir dəfə heç-heçə etdi və yalnız bir dəfə məğlub oldu. Həmin 9 qələbə arasında Azərbaycan da oldu. Və ən maraqlısı budur ki, üçqat Olimpiya çempionları bu uğura komandanın lideri Levon Aronyansız imza atdılar. Həmin Aronyan ABŞ-ı təmsil etdi və yekunda turnirin reytinq favoriti ilə medalçılar sırasına belə düşə bilmədi. Göründüyü kimi, Azərbaycan Şahmat Federasiyasının “Rəcəbov yox idi” demək haqqı da yoxdu.

Çünki ermənilər əsas Top oyunçusu olmadan gümüş alırsa, deməli, problemi daha dərində axtarmaq lazımdı.

Bunun üçün çempion ölkənin üzvlərinə boylanmaq gərəkdi. Özbəkistan! Kişilər, Özbəkistan Olimpiya çempionu oldu! Mən bu cümləylə özbəkləri aşağılamaq məqsədi güdmürəm. Səbəb tam fərqlidir. Olimpiadanın ən gənc heyətini gətirən qardaş xalqın nümayəndələri, əsas rəqibləri - Ermənistanı da əzərək tarixi uğura imza atdılar. Özbəkistan yığmasının orta yaş həddi 20,4-dü. Nə deyəsən? Əksəriyyət sussa da, biz deyəcəyik. Uzun illərdi ki, yığma komanda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynovun çiyinlərindədi.

Azərbaycan Şahmat Federasiyası (AŞF) əla seçim aparır. Nə veclərinə, reytinqə uyğun heyət formalaşır, bunlar da lal axan çay kimi davranırlar. Elə bunun nəticəsidir ki, hətta “hec kim yerini güzəştə getmək istəmir” deyənlər də tapılır. Stop! Necə yəni? Milli komanda anarxiya mərkəzidir? Axı, kimin həddidir ki, desin “mənim millidə yerim var”? Bilirsiniz, niyə belə olur?

Çünki AŞF nəticələrə görə məsuliyyət daşımaq istəmir. Halbuki kiçicik nəticə olsaydı, Federasiya prezidenti Mahir Məmmədov başda olmaqla AŞF-nin bütün əməkdaşları bülbül kimi cəh-cəh vuracaqdılar.

İndi isə məsuliyyət tamamilə atılıb şahmatçıların boynuna. Niyə? Nəyə görə elə həmin Məmmədov hesabat vermir ki, millimizin indiyədək medalsız qalmasının səbəbkarı məhz özüdü? Məgər Federasiya şəxsi mülkdü? Əvvəl-axır şahmat da müvafiq instansiyaların yadına düşəcək. Onda heç kəs yaxasını kənara çəkə bilməyəcək. Millimizə yeni nəfəs lazımdı. Necə ki özbəklər təcrübəli şahmatçılardan imtina etdi və döyüşə gənclərlə getdi.
 

Əlbəttə, Özbəkistan Şahmat Federasiyası (ÖŞF) komandadan qızıl gözləmirdi. Ancaq mümkün fiasko belə, onları gizlənməyə vadar etməyəcəkdi. Əksinə, dəqiq əminəm ki, məhz ÖŞF rəhbərliyi gənc komandasına sahib çıxacaqdı. Bizimkilər isə...


Aydın Süleymanlı, Məhəmməd Muradlı, Xəzər Babazadə və neçə-neçə istedadlı şahmatçısı olan ölkənin Federasiyası sanki bu uşaqların tükənməsini gözləyir. Halbuki onların inkişaf etməsi üçün yetərincə vəsait ayrılsa, 2-3 ildən sonra 2700+ reytinq sahibi olarlar. 

Günahkarlar siyahısında Təhsil Nazirliyi də öndərləndəndi. Ölkədə fəaliyyət göstərən şahmat məktəbləri məhz bu Nazirliyin ştatındadı.

Hələ uzun illər öncə Federasiyanın hazırkı prezidentinə (həmin vaxt vitse-prezident olsa da, əsas söz sahibi idi) şahmat məktəblərindəki biabırçılıq barədə məlumat vermişdim. Məsələ burasındadır ki, şahmatdan anlayışı olmayan insanlar məşqçi kimi fəaliyyət göstərir. Hələ maaş cədvəli barədə iddia etməsək ki, böyük ehtimalla “ölü canlar” da saxlanılır. Ölçü götürüləcəyinə dair söz versə də, heç nə etmədi.

Doğrudu, AŞF bu məsələyə rəsmi müdaxilə edə bilməz. Ancaq ən azından Təhsil Nazirliyi ilə danışmaq olar ki, müvafiq ölçü götürsün. Görünür, hələ bir qənaətə gələ bilmirlər. 

Məmləkətimizdə neçə-neçə parlaq gələcək vəd edən şahmatçı məhz səriştəsiz məşqçilərin əlinə düşməklə məhv edilir. Valideyn nə bilsin ki, övladı fitri istedad sahibidir? Bunu məşqçi müəyyənləşdirməlidir.

Ancaq müəllim özü qədim hind müdafiəsi ilə Reti açılışı arasındakı fərqi bilmirsə, uşaq barədə hansı müfəssəl fikir yürüdə bilər?

Bax, bütün bu zəncirvari proseslər yekunda milli komandamızın on illərlə eyni insanlara möhtac qalmasını şərtləndirir. Axı, yeniyetmə istedadların inkişafı üçün yaxşı məşqçilər cəlb edilməli, təlim-məşq toplanışları kecirilməli, ölkə xaricində çoxsaylı turnirlərdə iştirakları təmin edilməlidir. Kim tərəfindən atılmalıdı bu addımlar? Əlbəttə ki, Federasiya tərəfindən. Atılırmı? Xeyr! Artıq xərcə niyə düşsünlər e? Çiçək kimi yolavermə ilə məşğul olurlar da.
 

Bax, bu cür məngənədədi Azərbaycan şahmatı. Bir tərəfdən səriştəsiz və şahmatın inkişafını əngəlləyən federasiya rəhbərliyi, digər tərəfdən isə qeyri-peşəkar məşqçiləri şahmat məktəblərinə doldurmuş nazirlik.


Nə qədər ki, bu cür arxaik idarəetmə davam edəcək, dünyanın ən potensiallı ölkələrindən biri olan Azərbaycan Qafqazın Olimpiadada medal qazanmayan yeganə diyar statusunu üzərindən ata bilməyəcək.

Ceyhun Əliyev, Xüsusi olaraq Bizim.Media üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

End of content

No more pages to load

RADİO