Xəbər verdiyimiz kimi, Bakının “Neftçi” komandası UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində sabah “Rapid” (Vyana) klubu ilə cavab matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, komandamızın üzvləri bu gün saat 9.20-də təyyarə ilə Vyanaya yola düşüblər və 4 saatdan sonra Avstriya paytaxtına çatacaqlar.
Qeyd edək ki, “Rapid”–“Neftçi” görüşü avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək. İlk matç komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media


