"Qarabağ"ın futbolçusu İbrahima Vadji 78-ci dəqiqədə dubla imza ataraq hesabı 0:3 edib.
***
Matçın 55-ci dəqiqəsində "Qarabağ" İbrahima Vacinin qolu ilə hesabı 0:2 edib.
*** 22.10
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Bizim.Media xəbər verir, Ağdamın "Qarabağ" klubu Macarıstanda "Ferentsvaroş"la cavab matçında hesabı açıb. Abdulla Zubir matçın 7-ci dəqiqəsində komandamımız önə keçirib.
Qeyd edək ki, Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Bizim.Media