“Qarabağ”ın fan klubu “Bizim Kvartet”lə MÜSAHİBƏ: “UEFA-nın da diqqət mərkəzinə düşmüşük”

Sevinc Məmmədova, Sevda Şərbətzadə, Naibə Məmmədova və Aygül Qarayeva birləşərək “Bizim Kvartet” adlı fan klub yaradıblar. Klub uzun illərdir ki, hazırkı Azərbaycan çempionu “Qarabağ” FK-ya azarkeşlik etməkdədir. “Qarabağ”a azarkeşlik edən gənc və cazibədar dördlük “Qarabağ”ın bir oyununu belə qaçırmadan meydanları coşdururlar. 

“Qarabağ” komandasının bu axşamkı döyüşü öncəsi onun fanları ilə tanış olmaqda fayda var. Başlayaq:

- Necə oldu ki, azarkeş qrupu yaratmaq qərarına gəldiniz və qrupunuz tam olaraq nə vaxt yarandı?

S.Ş: - Əslində, biz yalnız azarkeş qrupu deyilik. 1 sevginin birləşdirdiyi 4 dostuq. İçimizdə ən təcrübəli isə Sevincdir. Necə deyərlər biz digər üç nəfər də onun işığına yığışmışıq. 2015-də Sevinclə facebook üzərindən tanış olduq və oyuna onunla birlikdə gəlməyə başladıq.

Artıq bir müddət sonra gördük ki, dörd nəfərik və biz artıq fərqinə varmadan kvartet olaraq “Qarabağ”ın oyunlarına bir getməyə, bir dəstək verməyə başladıq. Bu adı isə bizə, “Qarabağ”ın keçmiş mətbuat katibi, bizim qardaşımız sayılan Nurlan İbrahimov vermişdi.
O gün bu gündür, artıq #bizimkvartet kimi tribunaya yollanırıq. Bu ad ümumən bizə çox doğmalaşıb. Artıq bizi ayrı-ayrılıqda görən zaman da, “kvartetin üzvü” kimi tanıyırlar.

- Qızlar, sizcə Azərbaycan futbolunda xanım azərkeşlərin az olması nə ilə əlaqədardır?

S.Ş:- Hər bir cəmiyyətin öz mental dəyərləri olur. Bu mental dəyərlər zamanla aktuallığını itirməyə başlasa da müəyyən bir toplumun üzərində təsirini saxlaya bilir. Bu gün Azərbaycanda əslində bir çox insanlar artıq kəskin mental düşüncədən çıxa bilsə də, müəyyən bir faiz əhali hələ də həmin fikirdədir.

Bu fikirlərdə də qadın yalnız evinin xanımıdır, yəni qadının digər sosial aktivlikləri ola bilməz və yaxud qadın futboldan anlamaz, anlaya bilsə də stadiondan baxa bilməz, çünki orda əks cinsin nümayəndələri var. Bunların hamısı əslində çox boş bəhanələrdir. 2014-dən bura kimi tribunadayıq, gözünün üstündə qaşın var deyən olmayıb. Sırf azarkeşlik məqsədi ilə tribunaya gələn insanlara qarşı cinsi ayrıseçkilik olduğunu görməmişik.

- Bəs klubunuz ətrafdan nə kimi reaksiyalar alır?

N.M:- Fan klubumuzu Azərbaycanda qəbullanan da var, qəbullanmayan da. Çünki çoxları xanımların futbola getməyinə öyrəşmədiyi üçün bu, onlara qeyri-adi gəlir.

Daimi olaraq tribunada olanlar isə artıq bizə öyrəşib desək, heç də yanılmarıq. Çünki xanımların futbola getməsi əslində çox normaldır. Burada qeyri-adi nə isə yoxdur və axtarmaq da lazım deyil. Futbola getməyi cinsə görə bölməyi doğru hesab etmirik.
- Fanatı olduğunuz “Qarabağ”ın FK-nın şəxsi heyyəti və məşqçisi ilə görüşə bilirsinizmi? Ümumiyyətlə komanda rəhbərliyi belə gözəl xanımlardan ibarət fan klub haqqında məlumatlıdırmı?

S.Ş: -Yalnız “Qarabağ” üçün təşkil olunmuş tədbirlərdə komandanın heyyəti ilə qarşılaşırıq, digər zamanlar isə təəssüf ki, görüşə bilmirik. 

A.Q:-Bəzən "bizim kvartet" olaraq futbolla bağlı tədbirlərə dəvət olunuruq. Məsələn, keçən mövsümün sonunda klub tərəfindən dəvət edildiyimiz tədbirdə onlarla bir araya gəldik və çempionluq münasibətilə biz də “Qarabağ”ı təbrik etdik.

- Bəs səfər oyunlarınız necə? Onları da birlikdə izləmək və xaricə yollanmaq kimi imkanlarınız olurmu?

N.M:- Ölkə çempionatında Bakıdan kənarda keçirilən oyunlarda komandamıza birgə dəstək oluruq. Ölkə xaricində keçirilən oyunlara isə hələlik birgə getmək imkanımız olmasa da, bunun da reallaşacağı günə ümid edərək yaşayırıq.

- Maraqlıdır ki, ətrafdakı insanlar, yaxınlarınız və ailə üzvləriniz futbola olan marağınıza, yaşıl meydanlarda əks cinsin nümayəndələri ilə birlikdə Qarabağa azərkeşlik etməyinizə necə reaksiya verirlər?

Sevda Şərbətzadə söyləyir ki, tribunaya getmək söhbətini evdə açanda 12 yaşı olub. Anasına bu barədə söylədiyi zamam ilk dediyi şey isə “qızım, bizdə Ağdamda qadınlar futbola getməyib, evdəkilər qarşı çıxar” ifadəsi olubmuş. Amma ətrafdan heç kəsdən bununla bağlı kəskin reaksiya görməyib, əksinə olaraq olduğum ortamlarda hər zaman “Qarabağ” mövzusu açılanda ilk baxılan insan o olub.

Hər kəs bunu çox normal qarşılayıb, çünki bu artıq hobbi səviyyəsini aşaraq həyat tərzimə çevrilib. Ailəsi də yaxınları da bilir ki, “Qarabağ”sız, tribunasız o həyatımı təsəvvür edə bilmir. Sevda deyir ki, Sevinc Məmmədovanın azarkeşliyi hətta UEFA-nın da diqqət mərkəzinə düşüb və 2018-ci ildə UEFA “Qarabağ” azarkeşi kimi onunla müsahibə yayımlayıb.

Komandanın digər üzvü Naibə Məmmədlinin isə yaxınları bu məşğuliyyətini artıq qəbullanıblar. Kənar şəxslərdən isə normal yanaşanlar da var, "bu çempionatda nə tapmısınız?" deyənlər də. Naibə isə onların hamısına üz tutub deyir ki, sevgi tapmışıq.

"Qarabağ" tapmışıq, "Qarabağ" sayəsində 4 nəfərdən ibarət "Bizim kvartet" adlı yeni bir ailə tapıb. Ən önəmlisi də məhz budur.

Qarayeva Aygülün dediyinə görə dostlarından, sosial şəbəkələrdəki tanıdıqlarından xoş münasibət, müsbət reaksiya görüb. Hətta keçən oyuna səhhəti ilə bağlı gedə bilmədikdən sonra, sosial şəbəkələrdə bütün tanıdıqları digər qrup üzvlərinə yazaraq onunla maraqlanıblar.
Aygül söyləyir ki, balaca ölkəyik, fərqindəyik ki, xanım azarkeşlik hər nə qədər normal da olsa, bizim ölkə üçün öyrəşilmiş hal deyil:

“Biz cəmiyyət olaraq hələ bu yoldayıq, stadionlarda xanım azarkeşlərə, onların dəstəyinə öyrəşməyə çalışırıq. Bu baxımdan, insanların xoş münasibəti bizə pozitivlik qatır.

Yaxınlarımızın da, bizə dəstək olması, getdiyimiz oyunlarla maraqlanmaları bizim üçün şans və xoşbəxtlikdir. Hətta ailə üzvlərimiz də bizimlə stadiona gəlir. "Bizim kvartet" olaraq təkcə bir-birimizlə deyil, həm də ailə üzvlərimizlə, yaxınlarımızla doğmalaşmışıq”.

Leyla Şah, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

End of content

No more pages to load

RADİO