“Qarabağ” futbol klubunun müdafiəçisi Kevin Medinanın dönüşü gözləniləndən gec baş tutacaq.
Bizim.Media xəbər verir ki, iyulun 28-də 2-ci təsnifat mərhələsinin İsveçrə “Sürix”i ilə cavab oyununda (2:2) zədələnən kolumbiyalı avqustun sonlarında qayıtmalı idi.
Bu gün isə Medina Almaniyada əməliyyat olunur və sağalması 6-8 həftə çəkəcək.
Komandanın həkimləri hesab edir ki, müdafiəçinin heyətə qayıtması oktyabrdan tez baş tutmayacaq.
Zakir Abbas, Bizim.Media