Avqustun 5-də start götürəcək Misli Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.
Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən milli assosiasiyaya göndərilib.
FİFA iyulun 13-ü və 14-də sistemin texnoloji hazırlığını, 22 - 24 iyulda isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.
Bizim.Media