Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət millisi V turun görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, məğlubedilməz olan qadın millisi güclü Ukrayna ilə heç-heçə edib.
Ukrayna – Azərbaycan 2:2
Mariya Muzıçuk – Günay Məmmədzadə 1:0
Anna Muzıçuk – Gövhər Beydullayeva 0,5:0,5
Anna Uşenina – Gülnar Məmmədova 0,5:05
Nataliya Buksa – Ülviyyə Fətəliyeva 0:1
Qeyd edək ki, bu anadək hər iki komanda Fransa ilə birgə 2-4-cü yerləri bölüşdürürdü. Bu nəticədən sonra Azərbaycan və Ukrayna milliləri 9 xalla 1-2-ci yerləri bölüşdürməyə başlayıb.
Bizim.Media