“Naydiçi milliləşdirmək Azərbaycanın şahmat ənənələrinə tüpürməkdir” - Ekspertdən Şahmat Federasiyasına SƏRT SÖZLƏR 

Ötən gün Ümumdünya Şahmat Olimpiadasında 4-cü turun oyunları kecirildi. Kişilərdən ibarət yığmamızın Türkiyə ilə qarşılaşmanı 2:2 hesabı ilə başa vurmasından sonra qardaş ölkənin şahmatda xeyli irəliləməsi fonunda zəngin Şahmatçılıq ənənələri olan ölkəmizin reytinqdə bu qədər geriləməsi bütün şahmatsevərləri kədərləndirdi. Türkiyə millisinin tərkibində azərbaycanlı məşqçilərin olması və məhz onların əməyi hesabına qardaş Türkiyəmizin şahmatda tarixi uğurlara imza atması sevindirici olmaqla çox düşünməli olan məqamdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən idman eksperti Ceyhun Əliyev bizə bildirdi ki, şahmat millimizin ard-arda göstərdiyi zəif nəticələr hamı kimi onu da, məyus edib:

“Nəyə görə ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğı sayəsində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, rəhmətlik Vüqar Həşimov, Rauf Məmmədov  kimi əjdahalar ortaya çıxdığı halda, son 10-15 ildə bir nəfər belə elitar şahmatçımız dünya olimpində parlamır? Yoxsa indi şahmata daha az pul ayrılır? Əsla! İndi əvvəlkindən də çox vəsait ayrılır. Ancaq həmin vəsaitin hara axdığını heç kəs bilmir. Bəyəm indi ölkədə istedadlı şahmatçı yoxdur? Axı, 8, 10, 12, 14 yaşlılar arasında dəfələrlə Avropa və dünya çempionlarımız olub. Sonrası belə olur ki, həmin şahmatçılar ali təhsil ocaqlarına hazırlaşmağa başlayıb və şahmatın başını buraxıblar. Niyə? Çünki Azərbaycan Şahmat Federasiyası onlara sahib çıxmayıb”. 

Komandamızın uğursuzluğunda Şahmat Federasiyasını günahlandıran Ceyhun Əliyev söyləyib ki, qurum milli kadr yetişdirmək əvəzinə, onlara ayrılan pulu Arkadi Naydiç kimi üçüncü dərəcə qrosmeysteri milliləşdirməyə xərcləyir:

“Bu qədər milli qrosmeysteri olan ölkəydə Arkadi Naydiçi milliləşdirərək, böyük məvaciblər əsasında oynatdılar. Ondan qat-qat səviyyəli qrosmeysterlər hazırlayan yerli mütəxəsislərimizə isə Federasiya onun yarısı qədər də, məvacib vermədi. Naydiçin Azərbaycana gətirilib milliləşdirilməsi birmənalı şəkildə Azərbaycanın şahmat ənənələrinə tüpürmək idi. Bu qədər istedadlı şahmatçıları olan ölkəyə üçüncü növ şahmatçı olan Naydiç lazım deyildi”.

Milli kadrların yetişdirilməsi baxımından Federasiyanın gənclərə və məşqçilərə olan diqqətinin artmasının vacibliyini vurğulayan idman ustası bununla bağlı mövcud problemləri sadaladıqdan sonra öz təkliflərini də, səsləndirib:

“8-12-14 yaşlı uşaqlarımız ildə bir dəfə beynəlxalq  turnirə gedirlər. Lakin şahmat ustası kimi formalaşmaq üçün ildə bir turnirlə iş bitmir. Uşaqların ustalaşması üçün ildə ən azı 10 ciddi turnirdə iştirak etmələri şərtdir. Azərbaycanlı valideynlər uşaqlarının beynəlxalq turnirlərdə iştirakı üçün əllərindən gələni əsirgəmirlər. Lakin onların 2700 reytinqə sahib olması üçün uşaqlara və yeniyetmələrə dövlət və bunun fonunda Şahmat Federasiyasının dəstəyi vacibdir.
 

Məsələn Hindistanda bununla bağlı dövlət proqramı var və xüsusi istedadlı uşaqlara dövlət tam dəstək verir. Bizdə isə 12-14 yaşa kimi uşaqlar beynəlxalq səviyyəli FİDE ustası olurlar. Bundan sonra top şahmatçılar sırasına daxil olmaq üçün isə uşaqlara böyük dəstək lazımdır.


Həmçinin məşqçilərin uşaqların üzərində çəkdikləri zəhmətin qarşılığı olmalıdır. Federasiya isə nədənsə onlara lazım olacaq vəsaitləri ayırmır. Xatırlayırsınızsa, qadınlardan ibarət şahmat komdamız 28 il sonra Avropa üçüncüsü olmuşdu və yalnız milli məclisin deputatları məsələyə müdaxilə etdikdən sonra Şahmat Federasiyası tərəfindən onlara vəd olunan pul mükafatı ödənildi. Bu baxımdan Cəmil Ağamalıyev kimi məşqçilərin ölkəni tərk etməsi şahmatımız adına çox acınacaqlı bir məsələdir.

Ceyhun Əliyev sonda qeyd edib ki, uzun illər ərzində qazandığımız şahmat ənənənələrin sıradan çıxıb tarixə qovuşmaması üçün Şahmat Federasiyası təcili olaraq bu addımları atmalıdır: 

“1.Məşqçilərin məvacibini artırmaq

2.Təlim-məşq toplantılarını təşkil etməyə köməklik göstərmək

3.Sistemli şəkildə gənc şahmat ustalarının beynəlxalq turnirlərdə iştiraklarını təmin etmək”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Flik ona istirahət verə bilər

Flik ona istirahət verə bilər

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

End of content

No more pages to load

RADİO