“Qarabağ” Çempionlar Liqasının qrupuna düşəcək”

“Əvvəlcə “Qarabağ”ı növbəti mərhələyə adlamağı münasibəti ilə təbrik edirəm. Artıq Konfrans Liqasının qrup mərhələsindəki yerlərini təmin ediblər. Amma mən inanıram ki, “Qarabağ” bu heyətlə, oyunla Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək”.  

Bizim.Media xəbər verir ki, bu barədə futbol mütəxəssisi Yunis Hüseynov deyib.

O, “Qarabağ”ın ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə cavab matçında heç-heçə edərək (2:2, ilk görüş - 3:2) mərhələ adlaması barədə danışıb:  

“Matç İsveçrədə olduğuna görə “Sürix” aqressiv oynayırdı. Futbolçuları zədələməyə çalışırdılar. Hətta Abdullah Zubir topsuz olanda da onu vururdular. Amma buna baxmayaraq, “Qarabağ” yenə öz oyununu nümayiş etdirdi.

“Qarabağ” ilk matçdakı kimi cavab oyununda da “Sürix”dən üstün futbol göstərdi. “Qarabağ”ın qol imkanları da “Sürix”dən daha çox idi. “Sürix”in yadda qalan epizodları yox idi. Maraqlı oyun alındı. Mən əvvəl də demişdim ki, “Qarabağ” “Sürix”i keçəcək. Bu da özünü doğrultdu”.

Y. Hüseynov Ağdam təmsilçisinin ÇL-in 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la keçirəcəyi oyunlara da toxunub. O, “Qarabağ”da ötən gün zədələnən Kevin Medina və cəzalı duruma düşənlər Kadi Borges və Riçard Almeydanın yerini doldura biləcək futbolçuların olduğunu deyib:

“Bu itkilərə görə problem yarana bilər. Çünki həmin oyunçular “Qarabağ”ın aparıcı futbolçularıdır. Onlar hazırda ən yaxşı formalarındadırlar. Özlərini yaxşı tərəfdən göstərirlər. Amma mənə elə gəlir ki, Medina, Almeyda və Kadinin yerinə meydana çıxacaq futbolçular onların yoxluğunu hiss etdirməyəcəklər.
 

“Qarabağ”da həm müdafiə xəttində, həm də orta xətdə kifayət qədər təcrübəli, avrokuboklarda oynamış futbolçular var. Ehtiyatda olan oyunçular onsuz da bilirlər ki, komanda qrup mərhələsinə düşməyə çalışır.

Buna görə də həmin futbolçularda başqa bir motivasiya olur. Bu, ölkə çempionatının oyunu deyil ki, deyəsən, 1 oyunluq yola vermək olar. Çempionlar Liqasının qrupuna düşmək istəyən komandanın hər bir futbolçusu meydana çıxanda zədəli, cəzalı oyunçunun yoxluğunu hiss etdirməməlidir.

Düşünürəm ki, “Qarabağ”da da belə futbolçular var. Onlar “Ferentsvaroş”la görüşdə digərlərinin yoxluğunu hiss etdirməyəcəklər. “Qarabağ”ın “Ferentsvaroş”u da keçəcəyini düşünürəm”.

Mütəxəssis “Qarabağ”ın “Sürix”lə oyunlarda ümumilikdə 4 qol buraxmasını belə şərh edib:

“Qarabağ”ın hücum xətti həmişə güclü olub. Düzdür, elə matçlar var ki, müdafiədə anlaşılmazlıq olub. Amma “Qarabağ” oyun ərzində bütün gücünü irəliyə verir. Komandada müdafiə oturmaq fikri yoxdur. Bunu oyunda da gördük. “Qarabağ” özündən üstün rəqiblərlə oynayanda belə gücü hücum xəttinə verir.

Belə olanda bəzən müdafiədə boşluqlar ola bilir. Futbolda belə şeylər olur. Mübarizə aparırsansa, qol da buraxacaqsan.

Ona görə məncə, elə bir problem yoxdur. Müdafiə xəttində Bədavi Hüseynov, Bəhlul Mustafazadə kimi yaxşı futbolçular var. Bədavinin avrokuboklardakı təcrübəsi həddindən artıq çoxdur.

Mənə elə gəlir ki, bu futbolçular boşluq yaratmayacaqlar. Çempionlar Liqasının qrupuna düşmək istəyirsənsə, mümkün qədər qol buraxmamalısan. Düşünürəm ki, qarşıdakı oyunlarda arxa xəttə də önəm vermək lazımdır. Çünki “Ferentsvaroş” elə-belə rəqib deyil, güclü komandadır”.
 

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Çinin Baş prokuroru Azərbaycana GƏLİR

Çinin Baş prokuroru Azərbaycana GƏLİR

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

"Facebook" və "Instagram"alimit qoyuldu

"Facebook" və "Instagram"alimit qoyuldu

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

Neft UCUZLAŞDI

Neft UCUZLAŞDI

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını AÇIQLADI

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını AÇIQLADI

Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

GÜNÜN HAVASI: Külək, leysan...

GÜNÜN HAVASI: Külək, leysan...

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO

End of content

No more pages to load

RADİO