UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları başlayıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi "Qarabağ" İsveçrədə "Sürix"lə qarşılaşır.
"Letsiqrund" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk görüşdə "Qarabağ" 3:2 hesabı ilə qələbə qazanb.
Bizim.Media