UEFA son 10 mövsüm Avropa kuboklarında mübarizə aparan klubların yeni reytinq cədvəlini açıqlayıb.
Bizim.Media xəbər verir ki, reytinq son olaraq bu gün yenilənib. İlk pilləni “Real” (Madrid) (378.000 xal) tutur. Münhen “Bavariya”sı ikinci (320.000), “Barselona” isə üçüncüdür (286.000).
500 komandanın yer aldığı siyahıda Azərbaycandan 10 komanda yer alıb. Onların sırasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 84-cü yeri tutur (39.500 xal). Qurban Qurbanovun komandasının geridə qoyduğu komandalar sırasında “Rapid” (Vyana, Avstriya), “Spartak” (Rusiya) “Partizan” (Serbiya), “Vest Hem”, “Bernli”, “Everton”, “Sauthempton”, “Nyukasl” (hamısı İngiltərə), “Renn” (Fransa), “Union Berlin”, “Hoffenhaym” (Almaniya) və s. var.
Ümumən Azərbaycanın klublarının reytinqdə sıralaması aşağıdakı kimidir:
84. “Qarabağ”
200. “Neftçi”
341. “Qəbələ”
368. “Keşlə”
369. “Sumqayıt”
370. “Səbail”
371. “Zirə”
372. “Kəpəz”
373. “Xəzər Lənkəran”
374. “Bakı”
Bizim.Media