Avropa Şahmat İttifaqına (ECU) prezident seçkiləri keçirilib.
Bizim.Media ECU-nun rəsmi saytına istinadən xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin sabiq kapitanı Zurab Azmayparaşvili 3-cü dəfə qurumun rəhbəri seçilib.
O, qarşıdakı 4 il müddətində bu vəzifəni icra edəcək.
Dana Reyznietse-Ozola prezidentin müşaviri, Qunnar Byornsson və Malkolm Peyn vitse-prezidentlər, Teodoros Tsorbatsoqlu isə baş katib postuna seçiliblər.
Bizim.Media