“Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Verstappen “Formula 1” üzrə dünya çempionatının 12-ci turu olan Fransa Qran-prisinin qalibi olub.
Bizim.Media xəbər verir ki, ikinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hamilton tutub.
Onun həmyerlisi və komanda yoldaşı Corc Rassel üçüncü yerdə qərarlaşıb. Növbəti mərhələ iyulun 29-dan 31-dək Macarıstanda keçiriləcək.
Bizim.Media