"Qəbələ" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, "Sosto Arena"da oynanılan görüş Macarıstan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasındakı cavab oyunu 1 həftə sonra Qəbələdə olacaq.
Qollar: Rafael Utziq, 16 (0:1), Kenan Kodro, 30 (1:1), Adrian Rus, 67 (2:1), Kenan Kodro, 74 (3:1), Budu Zivzivadze, 90 (4:1)
Bizim.Media