"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Tel-Əviv, İsrail) ilə ilk matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, "Dalğa Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Zirə” “Makkabi” səddini adlayacağı halda 3-cü təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalib ilə qarşılaşacaq. "Zirə" ilə "Makkabi" arasındakı cavab oyunu 1 həftə sonra İsraildə keçiriləcək.
Əlavə edək ki, bu matç "Zirə"nın çalışdırıcısı Rəşad Sadıqovun klub baş məşqçisi kimi avrokuboklarda debüt oyunu olacaq.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun
20:00. "Zirə" (Azərbaycan) - "Makkabi" (Tel-Əviv, İsrail)
Hakimlər: Rob Hennessi, Emmett Dynan, Dermot Broughto, Oliver Moran (İrlandiya)
"Dalğa Arena"
Bizim.Media