“Sovetlərin qanadları” futbol klubunun yarımmüdafiəçisi Sergey Pinyayev məşqdən sonra reanimasiyaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, məşq zamanı idmançı qazona yıxılıb və ağır nəfəs alıb.
Nəticədə qazondakı ot 17 yaşlı futbolçunun ağciyərinə keçib. Hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Sergey Pinyaev 2021-ci ilin iyulundan "Krılya Sovetov"da çıxış edir. Pinyaev "Çertanovo"nun yetirməsidir. Bundan əvvəl futbolçu bir neçə dəfə “Mançester Yunayted”də məşq edib. (Unikal)
Bizim.Media