Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah Macarıstanda keçiriləcək "Fehervar" - "Qəbələ" matçı Azərbaycanda canlı yayımlanacaq.
Bizim.Media xəbər verir ki, görüşü "CBC İnternational" kanalı təqdim edəcək.
Bu barədə "Qəbələ"nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bizim.Media