Matçın 65-ci dəqiqəsində Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb.
Cəmi 1 dəqiqə sonra İbrahima Vadji özünün ikinci, "Qarabağ"ın üçüncü qoluna imza atıb.
*** 20.37
"Qarabağ" ikinci dəfə rəqibi mərkəzə dəvət edib.
Təmsilçimiz 36-cı dəqiqədə İbrahima Vadjin qolu ilə hesabı 2:0 edib.
*** 20.19
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda "Sürix"i qəbul edir.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 17-ci dəqiqəsində "Qarabağ" Kadinin qolu ilə hesabı açıb.
Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.
Bizim.Media