UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda "Sürix"i qəbul edir.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.
Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.
Bizim.Media