"Neftçi"nin icarə əsasında “Dauqavpils”də çıxış edən futbolçusu Asim Əlizadə Latviya klubundan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Dauqavpils”in mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi klubu "Neftçi"yə qayıdıb.
Qeyd edək ki, A.Əlizadə mart ayından “Dauqavpils”də oynayırdı. O, bu müddət ərzində 9 matçda 1 qolun ötürməsini verib.
Bizim.Media