Azərbaycan Premyer Liqası təmsilçilərimiz arasında yoxlama oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün "Sabah" "Səbail"i qəbul edib.
"Bank Respublika Arena"da keçirilən görüşdə "Sabah" 3:1 hesabı ilə qalib gəlib. "Sabah"ın qollarını Ceyhun Nuriyev (2 qol) və Camal Cəfərov, "Səbail"in qolunu Franko vurub.
Bizim.Media