Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi növbəti dəfə sınaqdan keçirilib.
Bizim.Media xəbər verir ki, sınaq testi “Qarabağ” və “Neftçi”nin U-17 komandalarının yoldaşlıq oyununda baş tutub.
Qarşılaşma “Azersun Arena”da gerçəkləşib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasında VAR sistemindən istifadə olunub.
Bizim.Media