“Real Madrid"in futbolçusu Kərim Benzema Çempionlar Liqasında yeni rekorda imza atıb.
Bizim.Media xəbər verir ki, fransalı hücumçu yarımfinalda "Mançester Siti"yə uduzduqları (3:4) oyunda dubl etməklə buna nail olub.
Belə ki, Benzema bir mövsümdə səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb.
O, daha əvvəl İngiltərənin digər təmsilçisi “Çelsi”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etmişdi.
Qeyd edək ki, Benzema bu mövsüm “Real”ın heyətində 41 oyunda 41 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media