Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.
Bizim.Media