ABŞ-dan olan iş adamı Çarli Stiliatano UEFA prezidenti Aleksander Çeferini məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, Avropa futbol qurumunun rəhbəri İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" komandalarının iştirakı ilə beynəlxalq turnirlərin Şimali Amerikada keçirilməsinə mane olub.
Çeferin Stiliatanonun Avropa Super Liqasını yaradaraq UEFA-nı məhv etməyə çalışan klublarla əməkdaşlığına qarşı olduğunu bildirib.
İş adamının vəkilləri bu mesajı təhdid kimi qiymətləndiriblər.
Bizim.Media