Rikett ailəsinin başçılıq etdiyi ABŞ konsorsiumu İngiltərənin "Çelsi" klubunu almaq fikrindən daşınıb.
Bizim.Media "Sky Sports"a istinadən xəbər verir ki, buna klubun satışı ilə bağlı qeyri-müəyyənliyin davam etməsi səbəb olub.
“Chicago Cubs” beysbol komandasının sahibi olan Rikett ailəsi ABŞ milyarderləri Ken Griffin və Den Gilberti də bu işə cəlb edərək “Çelsi” üçün nağd pul təklifi verməyi planlaşdırmışdı.
Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib.
Bizim.Media