Millimizin futbolçusu Anatoli Nuriyev “Sumqayıt”ın futbolçusu kimi Peşəkar Futbol Liqasına sifariş olunub.
Bizim.Media-nın xəbərinə görə, oyunlar üçün sifariş edilən futbolçular arasında 26 yaşlı hücumçunun adı da var. Ona 91 nömrəli forma veriləcək.
Qeyd edək ki, Nuriyev son olaraq Ukrayna Premyer Liqası təmsilçisi “Kolos”da çıxış edib. Amma Ukraynadakı müharibə səbəbindən həmin ölkədə liqa dayandırılıb. FİFA Ukrayna klublarında çıxış edən oyunçulara azad agent statusu verib.
Bizim.Media