İdman Arbitraj Məhkəməsi (CAS) "Atletiko"nun apellyasiya şikayətinə baxıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə ev oyununda stadionun qismən bağlanılması qərarının ləvği ilə bağlı istəyi təmin edilib.
Beləliklə, sözügedən görüşdə azarkeş sayına məhdudiyyət qoyulmayacaq.
Qeyd edək ki, UEFA iki komandalar arasında ilk matçda Madrid təmsilçisinin azarkeşlərin nasist salamı nümayiş etdirməsi səbəbindən "Vanda Metropolitano" stadionunun qismən bağlanmasına qərar vermişdi.
Bizim.Media