Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov UFC döyüşçüsü Rafel Fiziyev ilə görüşüb.
Bizim.Media nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir, ona bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.
Son illərdə Azərbaycan idmançılarının MMA döyüşlərində uğurla çıxış etdikləri qeyd olunub.
Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, ustad dərslərinin keçirilməsi idmanın bu növünün inkişafı baxımından önəmlidir.
Bizim.Media