Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.
Bizim.Media xəbər verir ki, B liqasında çıxış edən yığma 1-ci qrupdakı son oyununda Şimali İrlandiya millisi ilə qarşılaşıb.
Şimali Makedoniyanın Larn şəhərində keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Çora Çambers vurub.
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub - 1:2.
Bizim.Media