Dörd gündə Azərbaycanda isti münasibət və mehribanlıq gördük.
Bizim.Media xəbər verir ki, bu fikirləri III Beynəlxalq Xankəndi Ultramarafonunun qadınlar arasında qalibi, ukraynalı atlet Olena Şevçenko səsləndirib.
O. Şevçenko təşkilatçılara təşəkkürünü bildirib:
"Onlar möhtəşəm marafon təşkil ediblər. Özümü xoşbəxt sayıram ki, qadınlar arasında finişə birinci çatdım.
Yarış mənim üçün çox gözəl hisslərlə yadda qaldı. İsti münasibət və mehribanlığa görə Azərbaycan xalqına təşəkkür edirəm". (Report.az)
Bizim.Media