Opta superkompüteri Çempionlar Liqasında ilk 1/4 final oyunlarından sonra turnirin əsas favoritlərini müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, The Analyst-in Opta modeli hazırda ən yüksək qələbə şansını “Arsenal”a verir.
Məlumata görə, London klubu turnirin qalibi olmaq ehtimalına görə siyahıya 36,32 faizlə başçılıq edir. İkinci pillədə 28,9 faizlə “Bavariya”, üçüncü sırada isə 16,01 faizlə PSJ qərarlaşıb.
Sonrakı yerlərdə “Atletiko Madrid” (9,27 faiz), “Real Madrid” (təxminən 8,3 faiz), “Liverpul”, “Barselona”, eləcə də “Sportinq” yer alır.
Reuters-in yazdığına görə, ilk oyunlarda “Bavariya” səfərdə “Real Madrid”i 2:1 hesabı ilə məğlub edib, PSJ isə “Liverpul” üzərində 2:0 hesablı qələbə qazanıb. “Atletiko Madrid” də “Barselona”nı ilk görüşdə 2:0 hesabı ilə üstələyib.
UEFA-nın rəsmi təqviminə əsasən, cavab 1/4 final görüşləri 14-15 aprel tarixlərində keçiriləcək. Aprelin 14-də “Atletiko Madrid” – “Barselona” və “Liverpul” – PSJ, aprelin 15-də isə “Arsenal” – “Sportinq” və “Bavariya” – “Real Madrid” qarşılaşmaları baş tutacaq.

Bizim.Media