Türkiyənin “Beşiktaş” klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, Vilfred Ndidi sıradan çıxıb.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı yarımmüdafiəçi Super Liqanın 28-ci turunun "Fənərbaxça" ilə səfər matçında (0:1) zədələnib. 29 yaşlı futbolçunun ayaq əzələsində gərilmə və qanaxma aşkarlanıb.
Qeyd edək ki, "Beşiktaş" Vilfred Ndidini mövsümün əvvəlində "Lester Siti"dən transfer edib.
Nigeriya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media