Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında 27-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, "Kayzerslautern" səfərdə "Nürnberq"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb
Mahir Emreli matçın 56-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, hazırda "Kayzerslautern" turnir cədvəlində 40 xalla 7-cidir.
Xatırladaq ki, Mahir Emreli 2024/2025 mövsümündə "Nürnberq"in heyətində çxıış edib.
Bizim.Media