Fransanın "Lion" klubu ödənilməmiş transfer borcuna görə məhkəmə iddiası ilə üz-üzə qalıb.
Bizim.Media xəbər verir ki, ötən mövsüm maliyyə problemləri səbəbindən Liqa 1-i tərk etmək təhlükəsi yaşayan klubun başı yenidən dərddədir.
Problem "Lion" və Braziliyanın "Botafogo" klubu arasındakı transfer sövdələşməsindən qaynaqlanır.
Məlumata görə, "Lion" braziliyalı İqor Jezus üçün nəzərdə tutulan ilk transfer ödənişini həyata keçirməyib.
Bundan sonra borc bir investisiya fonduna satılıb və həmin fond məhkəmə yolu ilə 62 milyon dollar məbləğində ümumi kompensasiya tələb edir. Bu məbləğə 43 milyon dollarlıq əsas borc, həmçinin müxtəlif cərimə və təzminatlar daxildir.
Qeyd edək ki, İqor Jezus heç vaxt "Lion"un formasını geyinməyib və hazırda İngiltərənin "Nottingem Forest" klubunda çıxış edir.
Bizim.Media