"Çelsi" və "Strasburq" klublarının azarkeşləri hər iki komandanın sahiblərinə qarşı birgə etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Bizim.Media xəbər verir ki, "The Athletic" nəşrinin yaydığı məlumata görə, narazılığa səbəb hər iki komandanın sahibi olan "BlueCo" şirkətinin idarəetmə metodlarıdır.
"Strasburq" azarkeşləri klublarının "Çelsi" üçün bir növ "köməkçi komanda" kimi istifadə edilməsindən qəzəbləniblər.
London təmsilçisinin Fransa klubunun ən yaxşı oyunçularını öz heyətinə qatması və ehtiyac duymadığı futbolçuları ora göndərməsi tərəfdarların səbrini daşırıb. Üstəlik, yanvar ayında "Çelsi"yə baş məşqçi təyin olunan Liam Rozenyorin məhz "Strasburq"dan gətirilməsi vəziyyəti daha da gərginləşdirib.
Məlumata görə, aprelin 18-də keçiriləcək "Çelsi" - "Mançester Yunayted" matçından öncə fransalı azarkeşlər Londona yollanaraq yerli tərəfdarlarla birlikdə "BlueCo"ya qarşı genişmiqyaslı aksiya keçirəcəklər.
Bizim.Media