Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelotti 2026 Dünya Çempionatı ərəfəsində keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlayıb.
Bizim.Media xəbər verir ki, “Santos”un hücumçusu və millinin tarixində ən çox qol vuran futbolçu Neymar yenidən siyahıya daxil edilməyib.
Qapıçılar: Alisson Beker (“Liverpul”), Bento Matteus Krepski (“Əl-Nəsr”), Ederson Moraes (“Fənərbağça”).
Müdafiəçilər: Aleks Sandro (“Flamenqo”), Qleyson Bremer (“Yuventus”), Danilo Luis da Silva (“Flamenqo”), Duqlas Santos (“Zenit”), Qabriel Maqalyaynş (“Arsenal”), Rocer İbanyes (“Əl-Əhli”), Leo Pereyra (“Flamenqo”), Markinyos (PSJ), Uesli Fransa (“Roma”).
Yarımmüdafiəçilər: Andrey Santos (“Çelsi”), Kazemiro (“Mançester Yunayted”), Danilo (“Botafoqo”), Fabinyo (“Əl-İttihad”), Qabriel Sara (“Qalatasaray”).
Hücumçular: Endrik (“Lion”), Qabriel Martinelli (“Arsenal”), İqor Tyaqo (“Brentford”), Luis Enrike (“Zenit”), Mateus Kunha (“Mançester Yunayted”), Rafinya (“Barselona”), Rayan Kristi (“Bornmut”), Vinisius Junior (“Real Madrid”), Joao Pedro (“Çelsi”).
Bizim.Media