“Paris-2024” Yay Olimpiya Oyunlarında fəxri kürsüyə qalxan daha bir Azərbaycan idmançısının qazandığı və sonradan aşınmaya məruz qalan medalı dəyişdiriləcək.
Bizim.Media xəbər verir ki, boksçu Alfonso Dominqesin (92 kiloqram) də medalı yararsız hala düşüb. O, yaxın günlərdə məsələ ilə bağlı Milli Olimpiya Komitəsinə müraciət edəcək. İdmançının medalı Fransaya göndəriləcək və yenisi ilə əvəz olunacaq.
Sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvilinin (125 kiloqram) Parisdə qazandıqları bürünc medallar isə normal vəziyyətdə olduğu üçün dəyişdirilməyəcək.
Xatırladaq ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.
Bizim.Media