“Transfermarket” portalı İspaniya La Liqasında çıxış edən futbolçuların bazar dəyərini yeniləyib və çempionatın ən bahalı oyunçularının siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, siyahıya Kilian Mbappe və Lamin Yamal başçılıq edir.
La Liqanın ən bahalı 10 futbolçusu:
1-2. Kilian Mbappe (“Real”) - 200 mln avro
1-2. Lamin Yamal (“Barselona”) - 200 mln avro
3. Vinisius Junior (“Real”) - 150 mln avro
4. Pedri (“Barselona”) - 150 mln avro (+10 mln)
5. Cud Bellinqem (“Real”) - 140 mln avro (-20 mln)
6. Federiko Valverde (“Real”) - 120 mln avro
7. Fermin Lopes (“Barselona”) - 100 mln avro (+30 mln)
8-9. Xulian Alvares (“Atletiko”) - 90 mln avro (-10 mln)
8-9. Arda Güler (“Real”) - 90 mln avro
10. Rafinya (“Barselona”) - 80 mln avro
10. Pau Kubarsi (“Barselona”) - 80 mln avro
Qeyd edək ki, son yenilənmədən sonra Pedri 4-cü pilləyə yüksəlib. Ən çox bahalaşan futbolçu isə qiyməti 30 milyon avro artan Fermin Lopes olub.
Bununla yanaşı, dəyəri ən çox azalan oyunçu “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem olub. İngiltərəli futbolçunun qiyməti 20 milyon avro azalaraq 140 milyon avroya düşüb.
Bizim.Media